reklam
Ağdam klubu İspaniya təmsilçisi ilə əməkdaşlıq edəcək -
Sportfm.az xəbər saytı

Ağdam klubu İspaniya təmsilçisi ilə əməkdaşlıq edəcək -FOTO


"Qarabağ" Futbol Akademiyası ilə İspaniyanın Sequnda təmsilçisi "Levante"nin akademiyasının məşqçiləri arasında əməkdaşlıq görüşü keçirilib.

Sportfm.az xəbər verir ki, görüşdə Ağdam klubunun akademiyasının rəhbəri Aftandil Hacıyev, İspaniya klubunun Beynəlxalq Əlaqələr Şöbəsinin direktoru Daniel Pastor və "Atlético Baku" FC-nin baş direktoru Hacı Xalid iştirak edib.

Görüş zamanı klublar arasında əməkdaşlıq, futbolçuların İspaniyada təcrübə qazanması və inkişaf perspektivləri müzakirə edilib.

Tədbirdə İspaniya klubunun "ID Talent" proqramı vasitəsilə 2013-cü il təvəllüdlü Ümid Şükürov 2 həftəlik İspaniya təcrübə proqramında iştirak hüququ qazanaraq qızıl sertifikata layiq görüldüyü vurğuıanıb.

"Levante" klubunun məşqçiləri tərəfindən xüsusi diqqət çəkən azərbaycanlı qapıçı Ələsgərli İmran isə xüsusi bir hədiyyə ilə təltif edildiyi – ona əlcək bağışlandığı qeyd olunub.

Oxşar xəbərlər

İspaniya "Levante"si Bakıya gəlir - İstedadlı uşaqları seçəcəklər
MEDİA rəhbərliyi “Qarabağ”ın qonağı oldu
Azərbaycan və Çexiya arasında antidopinqlə bağlı əməkdaşlıq müzakirə olundu
“Neftçi” və “Beşiktaş” arasında əməkdaşlıq protokolu imzalandı - FOTO
“Zirə” “Rubin” və “Alanyaspor”la əməkdaşlığa başlayır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər