reklam
Bakıda Dünya Kuboku keçiriləcək
Sportfm.az xəbər saytı

Bakıda Dünya Kuboku keçiriləcək


İyunun 13-də Milli Gimnastika Arenasında akrobatika gimnastikası üzrə Dünya Kubokuna start veriləcək.
Sportfm.az xəbər verir ki, üç gün davam edəcək yarışda "AGF Trophy" mükafatı da sahibini tapacaq.

Hələlik 7 ölkənin - Azərbaycan, Almaniya, Hindistan, Qazaxıstan, Çin, Ukrayna və Özbəkistan gimnastlarının iştirakı təsdiqlənib.

Açılış mərasimi 13 iyun saat 15:00-da olacaq.

Kişi və qadın akrobatlar qrup və cütlük, eləcə də qarışıq cütlük formasında balans və temp hərəkətlərini icra edəcəklər.

Finallar və mükafatlandırma mərasimi iyunun 15-də gerçəkləşəcək.

Oxşar xəbərlər

2024-cü ildə Bakıda üç dünya kuboku keçiriləcək
Bakıda ilk dəfə dünya çempionatı keçiriləcək - Akrobatika gimnastikası üzrə
Bakıda akrobatika gimnastikası üzrə Dünya Kubokunun açılış mərasimi keçirildi - FOTO
Bakıda akrobatika gimnastikası üzrə Dünya Kuboku keçiriləcək
İdman və akrobatika gimnastikası üzrə birinciliklər keçiriləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər