reklam
Dövlət büdcəsindən Formula 1-ə 168 milyon manat xərclənib
Sportfm.az xəbər saytı

Dövlət büdcəsindən Formula 1-ə 168 milyon manat xərclənib


2024-cü ildə Formula 1 Azərbaycan Qran-Prisinin təşkili üçün dövlət büdcəsindən 168 milyon manat vəsait ayrılıb.

Sportfm.az xəbər verir ki, məlumat “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində əksini tapıb.

Sənədə əsasən, Qran-Prisdən sonra ən çox vəsait ayrılan tədbirlər sırasında BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflər Konfransının 29-cu sessiyası (COP29) (10 milyon manat), İnvestisiya Təşviqi Forumu və digər təşviqat tədbirləri (4,5 milyon manat), 6-cı Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu (3,5 milyon manat), 11-ci Qlobal Bakı Forumu (2,6 milyon manat) və Xarıbülbül Beynəlxalq Musiqi Festivalı ( 2,3 milyon) yer alır.

Oxşar xəbərlər

“Sabah”ın büdcəsi açıqlandı
AFFA-nın ötənilki xərcləri - 28 milyon
Azərbaycanda idman sahəsinə xərclənmiş vəsait - 34,1 milyon
Olimpiya Oyunlarına ayrılan büdcə artırıldı
Azərbaycanda idman obyektlərinin tikintisinə nə qədər vəsait xərclənəcək?

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər