reklam
Ev sahibləri də seçmə mərhələdə -
Sportfm.az xəbər saytı

Ev sahibləri də seçmə mərhələdə -Avro-2028


Ev sahibi ölkələr 2028-ci ildə keçiriləcək Avropa çempionatının final mərhələsindən kənarda qala bilərlər.

Sportfm.az xəbər verir ki, ev sahibləri də seçmə mərhələ oyunlarında iştirak edəcək. Bu barədə UEFA-nın Bilbaoda keçirilən iclasında qərar qəbul olunub.

Avro-2028-ə vəsiqə qazanmaq üçün milli komandalar 12 qrupda mübarizə aparacaq. Hər qrupda 4 və ya 5 komanda yer alacaq.

Qrup liderləri və ən yaxşı 8 ikinci yeri tutan ölkə birbaşa final mərhələsinə yüksələcək. Digər 4 vəsiqəsinin sahibi isə pley-off matçlarından sonra müəyyənləşəcək.

Qeyd edək ki, Avro-2028-ə İngiltərə, Uels, İrlandiya və Şotlandiya ev sahibliyi edəcək.

Oxşar xəbərlər

İngiltərə və İrlandiya AÇ-2028-ə ev sahibliyi edəcək
Rusiya ev sahibliyi üçün namizəd oldu - Avro-2028
Futzal yığmamız üçün gözəl şans - DÇ-2024
“Avro 2022”nin seçmə oyunları yeni formatda keçiriləcək
Yığmamız Rusiya, Portuqaliya və Rumıniya ilə eyni qrupda

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər