Yığmamız Rusiya, Portuqaliya və Rumıniya ilə eyni qrupda
Voleybol üzrə gənc qızlardan ibarət U-18 yığmamız Rumıniyaya yola düşüb.
Sportfm.az xəbər verir ki, Avropa Çempionatının II seçmə mərhələsində iştirak edəcək qızlarımız "E” qrupunda mübarizə aparacaq. 12-15 yanvar tarixlərində keçiriləcək yarışda millimizin rəqibləri Rusiya, Rumıniya və Portuqaliya yığmaları olacaq.
2017-ci ilin aprel ayında Hollandiyada turnirin final mərhələsi keçiriləcək.
Qeyd edək ki, ikinci seçmə mərhələdə 32 ölkə hərəsində 4 yığma olmaqla 8 qrupda mübarizə aparacaq. Qruplarda ilk pilləni tutanlar və 3 ən yaxşı ikinci yerin sahibi final mərhələsinə yüksələcək. Burada onları oyunlara ev sahibliyi edəcək Hollandiya gözləyir.
12/01/2017
20:00. Rusiya - Rumıniya
13/01/2017
15:00. Azərbaycan - Rusiya
17:30. Rumıniya - Portuqaliya
14/01/2017
15:00. Portuqaliya - Azərbaycan
15/01/2017
15:00. Portuqaliya - Rusiya
17:30. Rumıniya - Azərbaycan
Oxşar xəbərlər
Millimizin qrupunda final mərhələsinə İrlandiya adladı
Millimizin oyunlarının vaxtı açıqlandı
Yığmamız Soçidə rumınlarla qarşılaşacaq
Futzal millimizin daha bir rəqibi bəlli oldu
Azərbaycan yığması Türkiyə və Almaniya ilə eyni qrupda düşdü
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası