Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Qarabağ" çempionluq kubokunu başı üzərinə qaldıracaq -12-ci dəfə
Bu gün Misli Premyer Liqasının 36-cı turunun "Qarabağ" - "Kəpəz" oyunundan sonra mükafatlandırılma mərasimi keçiriləcək.
Sportfm.az xəbər verir ki, "Azersun Arena"da olacaq mərasimdə mövsümün qalibi "Qarabağ"a AFFA və PFL rəhbərliyi tərəfindən çempionluq kuboku və qızıl medallar təqdim ediləcək.
"Qarabağ" - "Kəpəz" oyunu saat 19:00-da başlayacaq. Ağdam klubunun yaydığı açıqlamada matç üçün 2500 bilet satıldığı bildirilib. Biletlər sektorlardan asılı olaraq 3, 7 və 15 manatdır.
Qeyd edək ki, "Zirə" mövsümü gümüş, "Araz-Naxçıvan" isə bürünc medalçı kimi bitirib.
Xatırladaq ki, "Qarabağ" tarixində 12-ci dəfə çempionluq kubokunu başı üzərinə qaldıracaq.

Oxşar xəbərlər
"Qarabağ"dan azarkeşlərə müraciət
“Şamaxı” “Qarabağ”a qarşı - Misli Premyer Liqası
Qvardiola yeni mövsümün ilk kubokunu başı üzərinə qaldırdı - FOTO
“Turan Tovuz” “Kəpəz”ə, “Araz-Naxçıvan” “Qarabağ”a qarşı – Misli Premyer Liqası
"Qarabağ" azarkeşlərə 35 min manatlıq bilet aldı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası