reklam
“Şamaxı” “Qarabağ”a qarşı -
Sportfm.az xəbər saytı

“Şamaxı” “Qarabağ”a qarşı -Misli Premyer Liqası


Bu gün Misli Premyer Liqasında 3-cü turdan təxirə salınmış “Şamaxı” - “Qarabağ” oyunu keçiriləcək.
Sportfm.az xəbər verir ki, görüş Şamaxı şəhər stadionunda təşkil olunacaq və saat 14:00-da başlayacaq.

Matçın baş hakimi Rəşad Əhmədov olacaq.

Hazırda turnir cədvəlində "Qarabağ" 41 xalla liderdir, "Şamaxı" isə 14 xalla 8-cidir.

"Qarabağ" qələbə qazanacağı halda ən yaxın izləyicisi "Araz Naxçıvan"la aralarındakı xal fərqini 5-ə qaldıracaq. Bununla da 2024-cü ilin son turunda onların öz arasında keçirəcəyi matçın nəticəsindən asılı olmayaraq, qış çempionluğunu təmin edəcək.

Bu komandalar arasında 11-ci turun oyununda Ağdam təmsilçisi 3:0 hesabı ilə qalib gəlib.

19 dekabr (cümə axşamı)

14:00. “Şamaxı” – “Qarabağ”

Hakimlər: Rəşad Əhmədov, Vüsal Məmmədov, Teymur Teymurov, Rauf Allahverdiyev

VAR: İnqilab Məmmədov

AVAR: Namiq Hüseynov

Şamaxı şəhər stadionu

N Klublar O Q H M T-F X
1 Qarabağ 16 13 2 1 44-7 41
2 Araz-Naxçıvan 17 12 3 2 21-11 39
3 Turan Tovuz 17 8 7 2 23-14 31
4 Zirə 17 8 3 6 27-16 27
5 Sabah 17 6 8 3 26-21 26
6 Sumqayıt 17 6 1 10 15-26 19
7 Neftçi 17 3 7 7 15-26 16
8 Şamaxı 16 3 5 8 13-21 14
9 Kəpəz 17 3 1 13 12-41 10
10 Səbail 17 2 3 12 16-29 9
Bombardirlər:

Felipe Santos ("Araz-Naxçıvan") - 8 qol
Coy Lens Mikels ("Sabah") - 8 qol
Davit Volkov ("Zirə") - 7 qol

Oxşar xəbərlər

"Turan Tovuz" "Şamaxı"ya qarşı - Misli Premyer Liqası
“Kəpəz” “Zirə”yə, “Sumqayıt” “Neftçi”yə qarşı - Misli Premyer Liqası
“Səbail” “Araz-Naxçıvan”a, “Sabah” “Qarabağ”a qarşı - Misli Premyer Liqası
“Şamaxı” “Kəpəz”a, "Zirə" "Sumqayıt"a qarşı - Misli Premyer Liqası
"Sumqayıt" "Şamaxı"ya qalib gəldi - Misli Premyer Liqası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər