reklam
Sportfm.az xəbər saytı

"Sumqayıt"ın futbolçularına ağır cəza


AFFA İntizam Komitəsi qərarı ilə "Sumqayıt"ın futbolçular Rəçad Əzizli və Vüqar Mustafayev cəzalandırılıb.
Sportfm.az xəbər verir ki, futbolçuların Misli Premyer Liqasının 34-cü turunda "Kəpəz"lə oyundakı davranışlarına görə bu qərarlar verilib.

Matçın 89-cu dəqiqəsində təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün R.Əzizli 2 oyun şərti olmaqla 4 oyun cəzalanıb, “Sumqayıt” klubu 3000 manat cərimə edilib. Sınaq müddəti 3 ay təyin edilib.

Oyunun 89-cu dəqiqəsində Vüqar Mustafayev də eyni qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə alıb. O da 2 oyun şərti olmaqla 4 oyun cəzalanıb. "Sumqayıt" daha 3000 manat cərimə edilib. Sınaq müddəti 3 ay təyin edilib.

Oxşar xəbərlər

"Araz-Naxçıvan" - "Qarabağ" matçındakı davaya görə cəzalar - Qərar
“Kəpəz” cərimə ödəyəcək - 8500 manat
Daha bir komandaya texniki məğlubiyyət verildi - QƏRAR
AFFA klubları cərimələdi və cəzalandırdı
İntizam Komitəsinin qərarları açıqlandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər