reklam
Azyaşlı futbolçuları döyən məşqçi klubdan uzaqlaşdırıldı -
Sportfm.az xəbər saytı

Azyaşlı futbolçuları döyən məşqçi klubdan uzaqlaşdırıldı -QƏRAR


"Şamaxı" rəhbərliyi AFFA U-15 Liqasının oyunu zamanı "Metak" komandasının azyaşlı futbolçularını döyən məşqçi Vüqar Süleymanovu işindən müvəqqəti kənarlaşdırıb.

Sportfm.az xəbər verir ki, bu barədə Teleqraf-a klubun baş meneceri Kamran İsmayılov məlumat verib.

Onun sözlərinə görə, belə bir addım AFFA İntizam Komitəsinin aprelin 23-də qəbul etdiyi qərara uyğun olaraq atılıb.

İsmayılov bildirib ki, Süleymanovun taleyinə Apellyasiya Arbitraj Tribunalına edilən şikayətə baxıldıqdan sonra aydınlıq gələcək: "İntizam Komitəsinin qərarından apellyasiya şikayətini təqdim etmişik. Amma hələlik baxılmayıb. Apellyasiya Arbitraj Tribunalının növbəti toplantısında bizim də müraciətimizin müzakirə olunaraq, müvafiq qərarın qəbul olunacağını gözləyirik. Məşqçi isə İntizam Komitəsinin qüvvədə olan qərarına uyğun olaraq, komandadan müvəqqəti uzaqlaşdırılıb, hazırda klubumuzda çalışmır. Apellyasiya Arbitraj Tribunalı müsbət qərar versə, sözsüz ki, işinə qayıdacaq. Şikayətimiz qəbul olunmasa, həmin şəxsin müqaviləsinə tam xitam veriləcək və o, komandadan uzaqlaşdırılacaq".

Oxşar xəbərlər

AFFA İntizam Komitəsinin qərarı dəyişdirildi
AFFA “Qəbələ”nin oyunçusunun cəzasını azaltmadı - Qərarını qüvvədə saxladı
“Qarabağ” Arbitraj Tribunalına müraciət etdi - Qərara etiraz
AFFA Qurbanovun cəzasını azaltdı
Apellyasiya Arbitraj Tribunalının iclası keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər