Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
“Traktor” fanatlarına görə prezident işə qarışdı
İran prezidenti Məsud Pezeşkianın oğlu, Prezident Aparatının rəhbərinin müşaviri və media üzrə köməkçisi Yusif Pezeşkian Təbrizin “Traktor” komandasının azarkeşlərinə qarşı səsləndirilən pantürkist və separatçı iddialarına cavab verib.
Sportfm.az xəbər verir ki, o, bu barədə özünün X hesabında paylaşım edib:
“Bu hadisələri həyəcan və enerjinin boşalması ilə əlaqələndirmək lazımdır, onları pantürkist və separatçı kimi dəyərləndirmək strateji səhvdir”.
“Traktor”un çempionluğunun qətiləşməsindən sonra klub azarkeşləri Tehran, Təbriz, Qəzvin Urmiya, Ərdəbil və başqa şəhərlərdə şənlik aksiyaları keçiriblər. Aksiyalar zamanı milli şüarlar səsləndirilib, bəzi yerlərdə Azərbaycan və Türkiyə bayraqları qaldırılıb. Bu, İranın bəzi media orqanlarında, xüsusən, sosial media platformalarında narazılıqla qarşılaşıb, azərbaycanlı tərəfdarlar pantürkizm və separatçılıqda günahlandırılıb.

Oxşar xəbərlər
"Traktor" lider oldu
"Traktor" 3-cü pilləyə yüksəldi
“Traktor”dan bərabərlik
“Traktor” 1/8 finalda - İran kuboku
“Qarabağ bizimdir, bizim olacaq” - "Traktor"dan Azərbaycana dəstək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası