reklam
Azərbaycan avarçəkənləri ilk günü 3 medalla başa vurdu
Sportfm.az xəbər saytı

Azərbaycan avarçəkənləri ilk günü 3 medalla başa vurdu


Azərbaycan avarçəkənləri “Prezident Kuboku-2025” beynəlxalq turnirinin ilk günündə üç medal qazanıblar.
Sportfm.az xəbər verir ki, bu gün Suqovuşanda kayak üzrə 200 metr məsafədə mükafatçılar müəyyənləşib.

Azərbaycan təmsilçilərindən Amil Ramazanov 2007-2008 təvəllüdlü idmançıların mübarizəsində bürünc mükafata sahib çıxıb. 2009-2010 təvəllüdlü idmançılardan Əlimurad Hacızadə, 2011-2012 təvəllüdlülərdən isə Mustafa Vəlizadə eyni əyarda medal qazanıblar.

“Prezident Kuboku-2025” turnirinə Azərbaycan təmsilçiləri ilə yanaşı, Estoniya, Gürcüstan, Almaniya, Yunanıstan, Macarıstan, Hindistan, Qazaxıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Polşa, Serbiya, Cənubi Afrika Respublikası, İspaniya, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan olan avarçəkənlər qatılıblar.

Reqata mayın 1-2-də Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində davam edəcək. Burada komandalar avarçəkmənin kayak, kanoe və akademik növündə müxtəlif məsafələrdə mübarizə aparacaqlar.

Oxşar xəbərlər

“Prezident Kuboku-2025”-də komandaların rəsmi paradı keçirildi
“Prezident kuboku-2025” bu dəfə Füzuli, Mingəçevir və Suqovuşanda keçiriləcək
Avarçəkənlərimizdən ilk gündə 9 medal
Daha bir idmançımızdan medal - Prezident Kuboku
20 ölkənin idmançıları Suqovuşana gəlir - Reqata

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər