Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
FİDE prezidenti Bakıya gəldi
Bu gün Azərbaycan Şahmat Federasiyası, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə təşkil edilən “Baku Open - 2025” Beynəlxalq Şahmat Festivalının açılış mərasimi keçiriləcək.
Sportfm.az xəbər verir ki, Baku Kristal Zal-ın Sərgi Mərkəzində baş tutacaq mərasim saat 14-30-da başlayacaq.
Açılış mərasimində iştirak etmək üçün Beynəlxalq Şahmat Federasiyasının prezidenti Arkadiy Dvorkoviç, FIDE rəsmisi, ikiqat dünya çempionu, Ümumdünya Şahmat Olimpiadasının qalibi Çju Çen, Türkiyə Şahmat Federasiyasının prezidenti Fethi Apaydın Bakıya gəlib.
Xatırladaq ki, festivalın ümumi mükafat fondu 55 000 ABŞ dollarına bərabərdir. Yarışda 16 ölkədən 700-dən çox şahmatçı iştirak edir. Turnir çərçivəsində həm də veteran şahmatçılar arasında Azərbaycan çempionatı keçirilir. Festival həmçinin “Chess Tour Azerbaijan” layihəsinin tərkibinə də daxildir.

Oxşar xəbərlər
Azərbaycanda ilk dəfə belə bir yarış olacaq
AŞF-dan bir ilk - “Chess Tour Azerbaijan” keçiriləcək
“Baku Open 2024”-ün mükafat fondu açıqlandı - 50 000 dollar
FİDE prezidenti Mahir Məmmədovla görüşü keçirdi
FIDE prezidenti Bakıya gəlir - Açılışda iştirak edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası