Sportfm.az xəbər saytı

Sportfm.az xəbər saytı
“Barselona” “Trabzonspor”a rəqib oldu -Gənclər Liqası
UEFA Gənclər Liqasında ikinci finalçı müəyyənləşib.
Sportfm.az xəbər verir ki, İsveçrənin Nyon şəhərindəki "Kolovrey" idman mərkəzinin stadionunda keçirilən qarşılaşmada “Barselona” “AZ Alkmaar”la üz-üzə gəlib.
Juan Hernandezin 7-ci dəqiqədə penaltidən vurduğu qol Kataloniya klubuna 1:0 hesablı qələbə qazandırıb.
Bununla da “Barselona” finalda “Trabzonspor”a rəqib olub. UEFA Gənclər Liqasının finalı aprelin 28-də keçiriləcək.
Qeyd edək ki, “Trabzonspor” yarımfinalda “Zalsburq”u 2:1 hesabı ilə məğlub edib.

Oxşar xəbərlər
"Trabzonspor" UEFA Gənclər Liqasının finalında
“Trabzonspor” Gənclər Liqasında rekorda imza atdı
"Barselona"ya qarşı intizam işi açıldı
UEFA Gənclər Liqasının qalibi "Benfika" oldu
Avstriyalılar Avropanın ən yaxşısı oldu - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin