Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Avstriyalılar Avropanın ən yaxşısı oldu - FOTO
UEFA Gənclər Liqasının qalibi müəyyənləşib.
Sportfm.az xəbər verir ki, yarışın ən yaxşısı İsveçrənin Nyon şəhərindəki final matçında bəlli olub.
Avstriyanın "Zalsburq" klubu Portuqaliya "Benfika"sı ilə qarşılaşmada 2:1 hesablı qələbə qazanıb. Pireneylilər 29-cu dəqiqədə Joze Qomeşin qolu ilə önə keçsə də, zalsburqlular matçda qalib gələn tərəf olub. Meydana sonradan çıxanlardan Daka Patson 72-ci, Aleksander Şmidt 76-cı dəqiqədə fərqlənib. Turnirin bürünc medallarını isə yarımfinalda uduzan İspaniya nəhəngləri "Real"la "Barselona" layiq görülüb.
Qeyd edək ki, 2013/14 mövsümündən keçirilən yarışın ilk qalibi "Barselona" olub. Sonrakı iki mövsümdə isə İngiltərə "Çelsi"si kuboku başı üzərinə qaldırıb.
Oxşar xəbərlər
İspaniya - Fransa oyununun ən yaxşısı
İspaniya – Gürcüstan matçının ən yaxşısı
UEFA Gənclər Liqasının qalibi "Benfika" oldu
El-Klassikoda qalib gələn tərəf madridlilərdir
İtaliya Super Kubokunun qalibi penaltilərlə müəyyənləşdi - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası