reklam
Sportfm.az xəbər saytı

"Qəbələ"nin çempionluğu rəsmiləşdi


Bu gün Azərnbaycan 1-ci liqasında 23-cü tura yekun vurulub.
Sportfm.az xəbər verir ki, son gündə 3 matç keçirilib.

"Karvan" "Cəbrayıl"ı qəbul edib. "İmişli" "Zaqatala"nın qonağı olub. "Qəbələ" isə MOİK-lə qarşılaşıb.

"Qəbələ" 1:0 hesablı qələbə qazanıb. Bununla da "qırmızı-qaralar" çempionluqlarını rəsmiləşdiriblər.

Həm "Karvan", həm "İmişli" rəqiblərini 2:0 hesabı ilə məğlub ediblər. Beləliklə, bölgə təmsilçiləri turnir cədvəlində son 4 turun nəticəsindən asılı olmayaraq ilk üçlükdə yerlərini təmin ediblər. Yüksək ehtimalla, növbəti mövsüm Misli Premyer Liqasına "Qəbələ", "Karvan" və "İmişli" buraxılacaq.

25 aprel (cümə)

17:00. “Karvan” – “Cəbrayıl” - 2:0

Qollar: B.Teymurov, 18; E.Qasımov, 81
Hakimlər: Rövşən Rəcəbov, Aydın Bəxşiyev, Elmin Süleymanov, Sənan Bayramzadə
Yevlax şəhər stadionu

17:00. “Zaqatala” – “İmişli” - 0:2

Qollar: İ.İnqilablı, 21; A.Ağazadə, 61
Hakimlər: Əkbər Əhmədov, Elman Kərimov, Anar Bədəlov, Mahmud Bağırzadə
Zaqatala OİK stadionu

18:00. “Qəbələ” – MOİK - 1:0

Qol: E.Tağıyev, 90+7 - pen.
Hakimlər: Vüqar Həsənli, Qəzənfər Məmmədov, Taleh Məmmədov, Şamil İmanzadə
Qəbələ şəhər stadionu

24 aprel (cümə axşamı)

“Qaradağ Lökbatan” – “Difai”

“Mingəçevir” – “Bakı Sportinq”

Oxşar xəbərlər

“Karvan” “İmişli”yə, “Qəbələ” “Difai”yə qarşı
“Karvan” – “İmişli” matçının hakimləri bilindi
MOİK “İmişli”yə, “Karvan” “Difai”yə, “Qəbələ” “Baku Sporting”ə qarşı - I Liqa
Bu gün 4 oyun keçiriləcək - I Liqa
1-ci Liqada yeni mövsümün təqvimi bilindi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər