reklam
2-ci liqa klublarının cəzaları açıqlandı
Sportfm.az xəbər saytı

2-ci liqa klublarının cəzaları açıqlandı


Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Sportfm.az xəbər verir ki, iclasda 2-ci liqanın 20-ci turundakı qayda pozuntuları ilə bağlı qərarlar qəbul edilib.

“Şahdağ Qusar” – “Haypers Quba” oyunu bitdikdən sonra “Haypers Quba” azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə klub 150 manat cərimə edilib.

“Kür-Araz” – “Araz Saatlı” oyununun 82-ci dəqiqəsində “Araz Saatlı”nun 8 nömrəli futbolçusu Ramin Süleymanov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalandırılıb, klub 50 manat cərimə edilib.

“Dinamo” – “Şəmkir” oyununun 33-cü dəqiqəsində “Dinamo”nun 10 nömrəli futbolçusu Ziya Məmmədli ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalandırılıb, klub 50 manat cərimə edilib.

Eyni matç bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə “Dinamo” komandası 80 manat cərimə edilib.

Bu “Dinamo” – “Şəmkir” oyununda “Şəmkir”in 5 futbolçusu sarı vərəqə aldığı üçün klub 70 manat cərimələnib.

Oxşar xəbərlər

Premyer Liqa klublarının cəza və cərimələri
İntizam Komitəsinin qərarları - Cəza və cərimələr
1-ci Liqada cəzalar açıqlandı - QƏRAR
Daha bir komandaya texniki məğlubiyyət verildi - QƏRAR
AFFA klubları cərimələdi və cəzalandırdı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər