reklam
“Qəbələ” vəsiqəni rəsmiləşdirdi
Sportfm.az xəbər saytı

“Qəbələ” vəsiqəni rəsmiləşdirdi


Bu gün Azərbaycan 1-ci liqasında 20-ci tura yekun vurulub.

Sportfm.az xəbər verir ki, 2-ci oyun günündə 2 matç keçirilib.

Lider "Qəbələ" 4-cü pillədəki "Bakı Sportinq"in qonağı olub. Əyalət təmsilçisi 5:0 hesabı ilə qələbə qazanaraq növbəti mövsüm üçün Premyer Liqaya vəsiqəni təmin edib. Beləliklə, sona 7 tur qalmış "Qəbələ" ilə ən yaxın izləyicisi "Karvan" arasında xal fərqi 24-ə yüksəlib. Bundan sonra "Qəbələ" hətta bütün oyunlarda uduzsa belə, birinciliyi əldən verməyəcək.

"İmişli" isə MOİK-i sınağa çəkib. Matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

4 aprel (cümə)

16:00. “Bakı Sportinq” – “Qəbələ” - 0:5

Qollar: N.Əliyev, 20, 88; D.Massumo, 43; E.Tağıyev, 79, 86

Hakimlər: Əli Əliyev, Vüqar Bayramov, Samir Qaracayev, Murad Səlimov

Binə qəsəbə stadionu

16:00. “İmişli” – MOİK - 2:1

Qollar: İ. İnqilablı, 57; O. Timilehin, 83 – İ. Əliyev, 90-pen.

Hakimlər: Namiq Bəkirov, Səbuhi Soltanov, Səbuhi Əmrahov, Ruslan Quliyev

Şamaxı OİK stadionu

3 aprel (cümə axşamı)

“Cəbrayıl” – “Qaradağ Lökbatan” - 0:0

“Difai” – “Karvan” - 3:5

“Mingəçevir” – “Zaqatala” - 2:2

Oxşar xəbərlər

"Qəbələ" "Bakı Sportinq"in qonağı olacaq - I Liqa
"Qəbələ" və "Karvan" qələbə qazandı - I Liqa
"Qəbələ" "Karvan"a qarşı - I Liqa
"Qəbələ" və "İmişli"dən qələbə, “Baku Sportinq” MOİK -lə bərabərə qaldı - I Liqa
1-ci Liqada yeni mövsümün təqvimi bilindi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər