reklam
“Sabah”ın məşqçisinə ağır cəza -
Sportfm.az xəbər saytı

“Sabah”ın məşqçisinə ağır cəza -QƏRAR


AFFA İntizam Komitəsi bu gün iclas keçirib.

Sportfm.az xəbər verir ki, iclasda aprelin 2-də keçirilən Azərbaycan kubokunun ½ final oyunları ilə bağlı qərar verilib.

Qərara əsasən, “Neftçi” – “Sabah” oyununun 90+3-cü dəqiqəsində “Sabah”ın məşqçisi Aleksey Antonyuk hakimləri təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun şərti olmaqla 5 oyun cəzalanıb. “Sabah” klubu 4000 manat cərimə edilib. Sınaq müddəti 3 ay təyin olunub.

Həmin matçda meydan sahihi komandanın azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Neftçi” klubu 1500 manat cərimə edilib.

Bundan başqa, “Araz-Naxçıvan” – “Qarabağ” oyununda “Araz-Naxçıvan”ın 4 futbolçusu sarı vərəqə aldığı üçün klub 700 manat cərimələnib.

Oxşar xəbərlər

AFFA klubları cərimələdi - QƏRAR
Daha bir komandaya texniki məğlubiyyət verildi - QƏRAR
İntizam Komitəsinin qərarları - “Neftçi” cərimə edildi
AFFA klubları cərimələdi və cəzalandırdı
İntizam Komitəsinin qərarları açıqlandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər