reklam
2025-ci ilin ən məhsuldar turu  -
Sportfm.az xəbər saytı

2025-ci ilin ən məhsuldar turu -Misli Premyer Liqası


Azərbaycan Premyer Liqasının 28-ci turu 2025-ci ilin ən məhsuldar turu olub.

Sportfm.az xəbər verir ki, 5 oyunda 18 qol vurulub.

“Sumqayıt” – “Sabah” (3:3) matçında 6, “Turan Tovuz” – “Qarabağ” (1:4) oyununda 5, “Zirə” – “Şamaxı” (3:0) görüşündə üç qol qeydə alınıb. “Neftçi” – “Araz-Naxçıvan” və “Kəpəz” – “Səbail” (hər ikisi 1:1) qarşılaşmalarının hərəsində 2 top vurulub.

Turun orta məhsuldarlığı 3,60-a bərabərdir. Bu, cari mövsümün ikinci göstəricisinin təkrarıdır. 10-cu turda da 18 qol qeydə alınıb.

Mövsümün rekordu isə 19 topun vurulduğu 8-ci tura məxsusdur. 28-ci tur mövsümün 3 ən məhsuldarlarından biri olmaqla yanaşı, 2025-ci ilin ən qollu turu olub.

Oxşar xəbərlər

Son 20 mövsümün antirekordu - Azərbaycan Kuboku
Son 8 mövsümün antirekordu qeydə alındı
Premyer Liqamızda məhsuldarlıq rekordu
Son iki ilin rekordu təkrarlandı - Misli Premyer Liqası
Bu mövsümün rekordu qeydə alındı - Misli Premyer Liqası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər