Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Kurban Berdıyev heç yana getmir - "Komandada qalıram"
“Turan Tovuz” bu gün Azərbaycan Premyer Liqasının 27-ci turunda “Sumqayıt”ı qəbul edib.
Komanda.az xəbər verir ki, 1:2 hesabı ilə məğlub olan bölgə təmsilçisinin baş məşqçisi Kurban Berdıyevin oyundan sonra mətbuat konfransı keçirilib. Türkmənistanlı çalışdırıcı hər oyunda kobud səhvlər buraxdıqlarını bildirib:
“Təəssüf ki, biz hər oyunda kobud səhvlər buraxırıq. Bu da sonda məğlub olmağımıza gətirib çıxarır. Çətindir mənə demək. Göstəririk, başa salırıq, yenə meydana çıxırlar və eyni səhvləri edirlər. Səhvləri seleksiya işi ilə əlaqələndirməzdim. Ümumi problemlərdir. Mən indi deməyəcəm bu nə ilə bağlıdır. Məsuliyyəti öz üzərimdən atmıram.
Təəssüflər olsun, Anton Kraçıkovski mənim Mahaçqalada olduğum dövrdəki oyunu indi oynamır və bərpa edə bilmir.
Növbəti mövsüm komandada qalacam. Vəzifəmiz olduğu kimi qalır, sadəcə belə üzücü məğlubiyyətlər olur. Bunun səbəbləri də kobud səhvlərdir. Dediyim kimi, başa salırıq, amma yenə eyni səhvləri edirlər.
Razıyam. Avrokuboklara iddia edən komanda belə üzücü məğlubiyyətlərlə üzləşməməlidir. Xüsusən də, evdə”.
“Turan Tovuz” növbəti turda evdə “Qarabağ”la qarşılaşacaq.

Oxşar xəbərlər
"Standart vəziyyətlərdə kobud səhvlər oldu" - Kurban Berdıyev
Kurban Berdıyev tovuzlu azarkeşləri təriflədi
Kurban Berdıyev "Turan"dan gedibmi? - DƏQİQ
"Bu gün rəqib qələbəyə layiq idi" - Kurban Berdıyev
Berdıyev “Turan Tovuz”da
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası