reklam
Bu klub azərbaycanlı məşqçiləri qapısından içəri buraxmır -
Sportfm.az xəbər saytı

Bu klub azərbaycanlı məşqçiləri qapısından içəri buraxmır -Seçim


"Sabah" yarandı, azərbaycanlı məşqçilər hesabına formalaşdı, Yüksək Liqaya çıxarıldı.

İndi həmin "Sabah" azərbaycanlı məşqçiləri qapısından içəri buraxmır.

Komanda rəhbərliyi sanki and içibki, azərbaycanlı məşqçilər bu klubda çalışmayacaq.

Sanki bu klubun rəhbərliyinin azərbaycanlılara qarşı allergiyası var.

Bir zamanlar Bakı "İnter"i belə edirdi. Sonunu bilirisiz.

Rəhbərlik xorvat Renduliçi göndərəndən sonra, bu dəfə rus Berezutskinin yaxasından yapışıb.

O Berezutskinin ki, ilk dəfə baş məşqçi kimi Azərbaycanda çalışır. O Berezutskinin ki, öz ölkəsində heç bir klubda, hətta aşağı liqalarda belə ona baş məşqçi postu etibar edilməyib.

Amma "Sabah" kimi iddialı klubu çalışdırır. Halbuki "Sabah"ı belə çalışdırmağa qalmış, elə yerli məşqçilər içərisində zəiflərdən biri də çalışdırardı.

Demək ki, burda əsas məsələ odur ki, kim olursa-olsun, yerli olmasın. Yerli "Sabah"da olmaz, qadağandır.

Oxşar xəbərlər

"Sabah" "Şamaxı"ya qarşı - Yoxlama matçı
Karyeranı yox, pulu düşünən azərbaycanlı futbolçular - YAZI
“Sabah”da baş məşqçinin köməkçiləri məlum oldu
Voleybol məşqçiləri üçün seminarlar təşkil olunacaq
Azərbaycanlı baş məşqçi İsveç klubunda

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər