Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Sərbəst güləşçilərimiz Dağıstanda
29-30 oktyabr 2016-cı il tarixdə Dağıstan Respublikasının Buynak rayonunda dövlət xadimi Xizri Şıxsaidovun mükafatı uğrunda sərbəst güləş üzrə beynəlxalq turnir keçiriləcək. Sportfm.az güləş federasiyasının rəsmi saytına istinadən xəbəbr verir ki, turnirdə sərbəst güləş üzrə yığma komandanın bəzi üzvləri iştirak edəcək.
Yığma komandanın məşqçisi Siracuddin Eldarovun rəhbərliyi altında qonşu respublikada 8 güləşçimiz mübarizə aparacaq.
Yarışda ölkəmizi Qurban Qurbanov, Əhmədnəbi Qvarzatilov (hər ikisi 65 kq), Məhəmmədəmin Salovatov, Məhəmməd Abdullayev (hər ikisi 74 kq), Məhəmməd Abdulxaliqov (86 kq), Məhəmmədrəsul Qazıməhəmmədov (97 kq), Umar İsrailov və Həmzətxan İsrapilov (hər ikisi 125 kq) təmsil edəcək.
Oxşar xəbərlər
Güləşçilərimiz Polşada beynəlxalq turnirdə iştirak edəcək
Sərbəst və qadın güləşçilərimiz Kiyevdə sınaqdan keçiriləcək - FOTO
Qeyri-olimpiya çəki dərəcələri üzrə Dünya çempionatı başlayır
Sərbəst güləşçilər Qitələrarası Kubok uğrunda yarışacaq
Gənc güləşçilərimiz Dünya çempionatında iştirak edəcək - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin