reklam
Millimizin hücumçusu çıxdığı ilk oyunda qol vurdu -
Sportfm.az xəbər saytı

Millimizin hücumçusu çıxdığı ilk oyunda qol vurdu -VİDEO


Polşa Ekstraklasasında 23-cü tura start verilib.

Sportfm.az xəbər verir ki, turun açılış matçında Azərbaycan milli komandasının üzvləri - Rahil Məmmədov və Renat Dadaşovun çıxış etdiyi "Radomyak" öz meydanında “Vidzev”i qəbul edib. Görüş 1:1 hesabı ilə yekunlaşıb.

Rahilin adı matçın iştirak ərizəsinə daxil edilməyib. Görüşə ehtiyat oyunçular skamyasından başlayan Renat isə 80-ci dəqiqədə Roberto Alvesin yerinə meydana çıxıb.

Millimizin hücumçusunun yeni klubunda debütu uğurlu alınıb. Dadaşov 90-cı dəqiqədə fərqlənməklə komandasını məğlubiyyətdən xilas edib.

Bu heç-heçə ilə xallarının sayını 25-ə çatdıran “Radomyak” 18 komanda arasında 13-cü pillədə qərarlaşıb.

Oxşar xəbərlər

Renat Dadaşov yeni komandasının ən bahalı oyunçusu oldu
Renat Dadaşov Polşa klubunda
Rahilin komandası məğlub oldu
Rahil debüt etdi, komandası qələbə qazandı
Dadaşovun komandası xal itirdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər