reklam
Gənc futbolçularımız uduzdu və yer tuta bilmədi
Sportfm.az xəbər saytı

Gənc futbolçularımız uduzdu və yer tuta bilmədi


17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün İnkişaf Kuboku turnirində üçüncü yer uğrunda oyuna çıxıb.

Sportfm.az xəbər verir ki, İlham Yadullayevin komandası Özbəkistan millisi ilə qarşılaşıb. Həm Azərbaycan, həm də Özbəkistan millisi B qrupunu 6 xalla ikinci yerdə tamamlayıb.

Belarusun paytaxtı Minskdə təşkil edilən turnirin 3-cülük matçı özbəklərin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Beləliklə, Azərbaycan millisi turniri 4-cü yerdə başa vurub.

Qeyd edək ki, U-17 qrup mərhələsində Rusiyaya (0:3) məğlub olub, İran (1:0) və Qazaxıstana (2:1) qalib gəlib.

Oxşar xəbərlər

Millimiz 3-cü yer uğrunda oyuna çıxır - İnkişaf Kuboku
Yığmamız son oyunda da uduzdu
Futbolçularımız özbəklərə də uduzdu
17 yaşlı futbolçuları Belarusa aparırlar - İnkişaf turniri
Futbolçularımız Rusiyaya uduzdu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər