Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Yeni heyət qururuq" -Qalib gələn məşqçimiz
17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi İlham Yadullayev Belarusun paytaxtı Minskdə təşkil edilən İnkişaf Kubokunda İran yığması (1:0) ilə keçirilən oyundan sonra AFFA.az saytına fikirlərini bildirib.
Sportfm.az xəbər verir ki, Yadullayev matç barədə bunları deyib:
"Dünən keçirdiyimiz ilk oyunda güclü Rusiya (0:3) millisi ilə qarşılaşdıq. Uşaqlar tapşırıqlarımızı yerinə yetirməyə çalışırdılar. Turnirdə birinci görüş olduğundan, futbolçularda start həyəcanı var idi. Yaxşı nəticə üçün hücuma atıldıq, qapımızda qollar gördük. Komandanı qısa müddətdə bugünkü oyuna toparlaya bildik. Hər gün oyun keçirmək çətindir. Tam bərpa olunmaq mümkün olmur. Yeni heyət qururuq, yeni futbolçulara baxırıq. İranla matçda komandamız istədiyimizi ortaya qoya bildi. Bu da nəticədə öz əksini tapdı. Bizə qələbə sevinci yaşatdıqları üçün futbolçulara təşəkkür edirəm".
Qeyd edək ki, U-17 qrupda son oyununu fevralın 19-da, Bakı vaxtı ilə saat 14:20-də Qazaxıstan yığmasına qarşı keçirəcək.

Oxşar xəbərlər
Yığmamız İranla qarşılaşacaq
"Əzmkar oyun göstərdik" - İlham Yadullayev
"Bu görüşü yaddan çıxarmalıyıq" - İlham Yadullayev
Millimiz Türkiyəyə qarşı - UEFA İnkişaf Turniri
Azərbaycan millisi Belarusla qarşılaşacaq - İnkişaf Turniri
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

.png)

Misli Premyer Liqası