reklam
23 dəfə çempion olan prezident dünyasını dəyişdi -
Sportfm.az xəbər saytı

23 dəfə çempion olan prezident dünyasını dəyişdi -FOTO


Portuqaliyanın “Portu” klubunun sabiq prezidenti Xorxe Nuno Pinto da Kosta 88 yaşında vəfat edib.

Sportfm.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Da Kosta 1982-ci ildən 2024-cü ilə qədər “Portu”ya rəhbərlik edib və bu, onu peşəkar futbol tarixinin ən uzunmüddətli prezidenti edib.

Onun rəhbərliyi altında klub 23 dəfə Portuqaliya çempionu olub, 15 dəfə ölkə kubokunu, 22 dəfə ölkə Superkubokunu qazanıb.

“Portu” Avropa səhnəsində də mühüm uğur qazanıb, iki dəfə Çempionlar Liqasını (1987, 2004) və iki dəfə UEFA Kubokunu (2003, 2011) qazanıb.

Oxşar xəbərlər

"Liverpul"un sabiq kapitanı dünyasını dəyişdi - 86 yaşında
40 yaşlı futbolçu ilə müqavilə uzadıldı
Liqa Kubokunun sahibi "Portu" oldu
"Qalatasaray"ın sabiq prezidenti dünyasını dəyişdi
"Real"ın sabiq prezidenti virusdan öldü - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər