reklam
Cüdoçularımızdan daha 3 medal -
Sportfm.az xəbər saytı

Cüdoçularımızdan daha 3 medal -Böyük Dəbilqə


Azərbaycan cüdoçuları Bakıda keçirilən “Böyük Dəbilqə” turnirinin ikinci günündə 3 medal qazanıblar.

Sportfm.az xəbər verir ki, bu gün 4 çəki dərəcəsində 11 idmançımız tatamiyə çıxıb.

Kişilərdə Rəşid Məmmədəliyev (73 kq) zədə səbəbindən Tatsuki İşihara (Yaponiya) ilə final görüşünə çıxa bilməyib və gümüş medalla kifayətlənib. Bu çəkidə Vüsal Qələndərzadə üçüncü yer uğrunda görüşdə Ryuqa Tanakanı (Yaponiya) məğlub edərək bürünc medala yiyələnib.

81 kq çəki dərəcəsində Zelim Tçkayev finalda Fransua Qotye-Drapoya (Kanada) qalib gələrək millinin hesabına ilk qızıl medalı yazdırıb. Bu çəkidə Ömər Rəcəbli bürünc medal uğrunda qarşılaşmada Askerbiy Qerbekova (Bəhreyn) uduzub.

Azərbaycan cüdoçuları yarışın ilk günündə iki bürünc medal qazanıb. Əhməd Yusifov (60 kq) və Elşən Əsədov (66 kq) 3-cü yeri tutub.

Oxşar xəbərlər

4 cüdoçumuz finala yüksəldi - Böyük Dəbilqə
Azərbaycan cüdoçuları Avropa Kubokunda birinci oldu
Cüdoçularımızdan ilk gündə 2 medal - Böyük Dəbilqə
Azərbaycan cüdoçuları ikinci oldu - Dünya çempionatı
“Böyük Dəbilqə”nin ilk günündə 2 medal qazandıq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər