reklam
Qurban Qurbanov haqda:
Sportfm.az xəbər saytı

Qurban Qurbanov haqda:"Sən Azərbaycanda hamının hörmətinə və heyranlığına layiqsən"


"Qarabağ"dan ayrılan Riçard Almeyda sosial şəbəkə hesabında paylaşım edib.

Sportfm.az xəbər verir ki, 35 yaşlı yuarımmüdafiəçi baş məşqçi Qurban Qurbanova təşəkkürünü bildirib:

“Öncə Tanrıya və ailəmə hər zaman yanımda olduqları üçün təşəkkür etmək istəyirəm! Mən Tanrıya təşəkkür edirəm ki, mənim qarşıma bu insanı çıxardı. O, həyatda mənə çox şey öyrətdi: təvazökar və sadə olmağı, pula önəm verməməyi, pulun hər zaman bizə gəlməsinə imkan verməyi. O, mənə həm də əsl döyüşçü olmağı öyrətdi! Ona görə də, Qurban Qurbanov, bu ithafı sənə böyük fəxrlə yazıram və deyirəm ki, Rəbbimə sonsuz şükür edəcəm! Bil ki, sənin yanında keçirdiyim bütün bu illər çox dəyərli idi...

Tanrı bilir ki, sən mənim ikinci atamsan. Mən səni sonsuza qədər sevəcəm. Sən Azərbaycanda hamının hörmətinə və heyranlığına layiqsən. Çünki fərqlisən. Artıq sənin üçün darıxıram, Atam".

Oxşar xəbərlər

Qurban Qurbanov Almeyda ilə belə vidalaşdı - FOTO
Qurban Qurbanovu "yandırmaq" istəyənlər - YAZI
“Şəhidlərimizin qəhrəmanlığı sayəsində buradayıq” - Qurban Qurbanov
Qurban Qurbanov: "Maraqlı oyun oldu"
"Qarabağ"ın futbolçusu:"Jurnalistlərə təşəkkür edirəm"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər