reklam
“Şəhidlərimizin qəhrəmanlığı sayəsində buradayıq” -
Sportfm.az xəbər saytı

“Şəhidlərimizin qəhrəmanlığı sayəsində buradayıq” -Qurban Qurbanov


“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Kubokunun 1/8 final mərhələsi çərçivəsində Xankəndidə MOİK-ə qarşı keçirdikləri oyunu şərh edib.
Sportfm.az xəbər verir ki, o, 1:0 hesabı ilə qalib gəldikləri oyunundan sonrakı mətbuat konfransında bunları söyləyib:

“Sizi təbrik edirəm. Xankəndi stadionunda olduğumuz üçün həddindən artıq sevincliyəm. Neçə il bunu həsrətlə gözləyirdik”.

51 yaşlı mütəxəssis cənab Prezident İlham Əliyevə və Azərbaycan Ordusuna təşəkkür edib: “Şəhidlərimizin qəhrəmanlığı sayəsində buradayıq. Xalqımıza hər zaman sağlam və xoşbəxt olmağı arzulayıram. Bu matçda həyəcan var idi. Son saniyələrdə qolun vurulması maraqlı alındı. Rəqib sonadək mübarizə apardı. Onları təbrik edirəm”.

Oxşar xəbərlər

Qurbanov Sxadadzeni təriflədi - "Çox yaxşı baş məşqçiyə qarşı oynayırdıq"
"Eyni oyunu onlardan tələb edə bilməzdim" - Qurban Qurbanov
"Oyun zamanı daha qürurlu olacağıq" - Qurban Qurbanov
Qurban Qurbanov: "Maraqlı oyun oldu"
"Çox danışmayım, məni cərimələyərlər” - Qurban Qurbanov

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər