reklam
Qurban Qurbanovu
Sportfm.az xəbər saytı

Qurban Qurbanovu "yandırmaq" istəyənlər -YAZI


"Mənim üçün ən çətin suallar milli ilə bağlı olan suallardır. Orada mənim həmkarlarım var, həm də İcraiyyə Komitəsindəyəm".

Sportfm.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov bu gün Misli Premyer Liqasının 14-cü turunda “Səbail”ə 3:0 hesabı ilə qalib gəldikləri oyundan sonra milliyə baş məşqçi gətiriləcəyi ilə bağlı iddiaları şərh edərkən deyib.

"Xahiş edirəm, mənə bir də bu barədə sual verməyin. Hər qurumun öz idarəçiləri var. Bu dəqiqə fikrim "Qarabağ"dadır", - Q.Qurbanov qeyd edib.

Bəs görəsən, niyə hər dəfə millimiz uğursuz nəticələr qazananda medianın bir qismi Qurbanovun adını hallandırır? Hətta həmin qələm əhli, Qurban Qurbanovun milliyə baş məşqçi təyinatını yeganə çıxış yolu adlandırır. Axı, onlar niyə unudur ki, mütəxəssis bir dəfə millidə baş məşqçi olub və postundan könlü qırıq ayrılıb.

Əvvəla başlayaq ondan ki, Qurban Qurbanov "Qarabağ"da ona yaradılan rahat şəraitdə böyük işlər görür, millidə ona heç zaman o şərait yaradılmayacaq.

Qurbanov Ağdam klubunda sərbəstdir, qərarları da sərbəst verir, millidə elə olmayacaq.

Qurbanova "Qarabağ"da təzyiq, kənar zəng, işinə müdaxilə yoxdu, millidə isə elə olmayacaq.

"Qarabağ"da Qurbanovun uğursuzluğunu arzulayanlar yoxdu, millidə isə elə olmayacaq.

"Qarabağ"la böyük uğurlara imza atan Qurban Qurbanov milli ilə bunu çətin ki, edə, çünki material yoxdur.

O zaman, Qurban Qurbanovu niyə israrla millinin baş məşqçisi görmək istəyirsiz, bu mütəxəssisi "yandırmaqdan" başqa bir şey deyil...

Oxşar xəbərlər

“Beşiktaş” Qurban Qurbanovu istəyir
Qurban Qurbanov “Qarabağ”la 400-cü qələbəsini qazandı
“Qarabağ”ın prezidenti Qurban Qurbanovu təbrik etdi
Qurban Qurbanov “300”-ə çatdı
"Qarabağ"dan Qurban Qurbanov açıqlaması

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər