reklam
“Neftçi”nin baş məşqçisinə başla zərbə vuran şəxsin cəzası bilindi
Sportfm.az xəbər saytı

“Neftçi”nin baş məşqçisinə başla zərbə vuran şəxsin cəzası bilindi


AFFA İntizam Komitəsi U-17 Liqasında keçirilən "Vətən" – “Neftçi” oyununda baş verən qalmaqalla bağlı qərarlar verib.

Sportfm.az xəbər verir ki, matçın 69-cu dəqiqəsində "Vətən" komandasının nümayəndəsi - “Masallı”da qeydiyyatdan keçmiş komanda rəsmisi Abdulla Xəlilov “Neftçi”nin baş məşqçisi Asif Ramazanovun üzünə başla zərbə endirdiyinə, xəsarət yetirdiyinə görə 6 ay müddətinə AFFA və PFL bayrağı altında keçirilən bütün yarışlardan kənarlaşdırılıb.

“Neftçi”nin rəsmisi Rəşad Hüseynov həmin dəqiqədə Abdulla Xəlilovu vurduğu üçün 10 oyunluq diskvalifikasiya olunub.

Qarşılaşmada təhlükəsizlik təmin edilmədiyindən, “Vətən” müstəsna hal olaraq 500 manat cərimələnib. Bundan başqa, baş verən insidentlə bağlı hər iki komanda rəhbərliyinə daxili nizam qaydalarına riayət edilməsi ilə bağlı xəbərdarlıq edilib.

Oxşar xəbərlər

AFFA-dan açıqlama - "Vətən" - "Neftçi" görüşündəki hadisə ilə bağlı araşdırma aparılır
"Neftçi"nin məşqçisinin burnu sındırıldı - "Heç bizdə bilmirik vuran kimdi!!!"
"Vətən"in 13 yaşlı futbolçusu hakimi təhqir etdi
Hakimi təhqir edən futbolçuya 5 oyunluq cəza
“Qarabağ”ın məşqçisinə 5 oyunluq cəza - QƏRAR

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər