reklam
AFFA klubları cərimələdi -
Sportfm.az xəbər saytı

AFFA klubları cərimələdi -QƏRAR


Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Sportfm.az xəbər verir ki, iclasda Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunlarındakı və Misli Premyer Liqasının 22-ci turunun matçlarındakı qayda pozuntuları ilə bağlı qərarlar qəbul edilib.

Azərbaycan kubokunda 1/4 finalın “Kəpəz” – “Neftçi” oyunu bitdikdən sonra “Neftçi” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə paytaxt təmsilçisi 1500 manat cərimə edilib.

Azərbaycan kubokunda 1/4 finalın “Araz-Naxçıvan” – “Zirə” oyununda qonaq komandada 4 nəfər sarı vərəqə aldığına görə klub 700 manat cərimələnib.

Eyni mərhələnin “Səbail” – “Qarabağ” matçı bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Səbail” 800 manat cərimə edilib.

Misli Premyer Liqasında 22-ci turun “Araz-Naxçıvan” – “Kəpəz” oyununda “Kəpəz”in heyətində 4 nəfər sarı vərəqə aldığına görə klub 700 manat cərimələnib.

Oxşar xəbərlər

Premyer Liqa klubları cərimələndi
Premyer Liqa klubları cərimələndi - QƏRAR
“Araz-Naxçıvan”ı 2 səhvə görə cərimələdilər
İntizam Komitəsinin qərarları - “Neftçi” cərimə edildi
İntizam Komitəsindən ilin son qərarları

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər