Sportfm.az xəbər saytı

Sportfm.az xəbər saytı
"Vaxtilə onları gətirdilər, bizim uşaqlar kənarda qaldı" -Mahir Eyniyev
Son illər Azərbaycan futzalı braziliyalılardan təmizlənir. Belə olanda isə ölkə futbolunun illərlə yığılıb qalan bütün "zibillikləri" üzə çıxır.
10 illərdir "qaloçka" xatirinə keçirilən ölkə çempionatı, yetişməyən yerli futzalçı, olmayan uşaq futzalı. Bunların hamısı birlikdə Azərbaycan futzalıdı.
İndi braziliyalılar gedib, iranlılar gəlib, yerlilər isə yenə yoxdu. Komandalarımız, millilərimiz kiməsə qol vuranda, kimdənsə xal alanda sevinirik.
Bəs görəsən ölkə futzalı necə bu duruma düşdü? Bu sualı futzalımızın əfsanəsi, millimizin sabiq üzvü Mahir Eyniyevə ünvanladıq.
Sabiq futzalçı Sportfm.az saytına bunları dedi:
"Vaxtilə braziliyalıları gətirdilər, bizim uşaqlar kənarda qaldı, oynamadı. İndi braziliyalılar getdi, millidə oynayan yerli futzalçıların 35-40 yaşları var. Çempionatımız çox zəifdi, çox. Uşaq futzalı yoxdu. Halbuki illərdi deyirəm ki, uşaq futzalı lazımdı. Güclü komandalar olmalıdı, həmin komandaların aşağı yaş qrupları olmalıdı. Gör necə millidirsə, hamısı 35 yaşdan yuxarı olanlar oynayır. Buna nə deyəsən?!".
Qeyd edək ki, Mahir Eyniyevin qardaşı - sabiq futzalçı Nurəddin Eyniyev ötən il 24 dekabrda dünyasını dəyişib.

Oxşar xəbərlər
Futzal Olimpiya Oyunlarının proqramına əlavə edildi
Veteran futzalçı "Araz"ın ağır məğlubiyyətlərini şərh etdi: "İrəlidə daha pis nəticələrlə üzləşəcəyik"
Telman Həsənov:"Biz avropalılara futzalı necə oynadığımızı sübut etdik"
Həmyerlimiz Avropa klubunda çalışa bilər - EKSKLÜZİV, FOTO
Futzal Assosiasiyasının prezidenti:“Yerli futzalçılara güvənmək lazımdır”
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin