reklam
Yığmamız İran və Rusiya ilə qarşılaşacaq
Sportfm.az xəbər saytı

Yığmamız İran və Rusiya ilə qarşılaşacaq


17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası fevralın 11-dən 13-nə kimi Bakıda təlim-məşq toplanışı keçəcək.
Sportfm.az xəbər verir ki, U-17 fevralın 14-dən 22-dək Belarusun paytaxtı Minskdə gənclər arasında İnkişaf Kuboku turnirində iştirak edəcək. Millimiz B qrupunda Rusiya, İran və Qazaxıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə mübarizə aparacaq. A qrupunda isə Belarus, Özbəkistan, Tacikistan yığmaları və Braziliyanın “BSA Akademiyası” komandası çıxış edəcək.

Qrup mərhələsinin oyunlarından sonra fevralın 21-də həlledici görüşlər təşkil olunacaq. Qrup birinciləri çempionluq, ikinciləri üçüncü yer, üçüncüləri beşinci yer, dördüncüləri isə yeddinci yer uğrunda qarşılaşacaqlar.

Millimizin heyəti və oyunlarının təqvimi

16 fevral
16:10. Rusiya – Azərbaycan

17 fevral
12:00. Azərbaycan – İran

19 fevral
14:20. Qazaxıstan – Azərbaycan

Qeyd: oyunların başlama saatı Bakı vaxtı ilə göstərilib.

Oxşar xəbərlər

Millimiz üçüncü oyundada məğlub oldu
Millimiz son oyununa çıxır - UEFA İnkişaf Turniri
Millimiz UEFA İnkişaf Turnirində iştirak edəcək
Millimiz Belarus və Rusiya yığmaları ilə üz-üzə gələcək
Millimiz Rusiya, İran və Qazaxıstan yığmaları ilə qarşılaşacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər