reklam
Türk futbolunda daha bir rəzalət -
Sportfm.az xəbər saytı

Türk futbolunda daha bir rəzalət -oyun yarımçıq qaldı


Türkiyə futbolunda növbəti qalmaqal baş verib.

Sportfm.az xəbər verir ki, Superliqanın bu gün keçirilən “Qalatasaray” - “Adana Demirspor” matçının 12-ci dəqiqəsində baş hakim Oğuzhan Çakır qonaq komandanın qapısına penalti təyin edib. 11 metrlik cərimə zərbəsini Alvaro Morata dəqiq yerinə yetirərək “Qalatasaray”ı hesabda irəli çıxarıb.

30-cu dəqiqədə hesab 1:0 olarkən “Adana Demirspor”un futbolçuları baş məşqçi Mustafa Alperlə məsləhətləşdikdən sonra qəflətən meydanı tərk ediblər. Türkiyə mətbuatının yazdığına görə, “Adana Demirspor” klub prezidentinin tələbi ilə bu addımı atıb.

Daha sonra hakim Oğuzhan Çakır matçın dayandırıldığını elan edib.

“Adana Demirspor”un nümayəndəsi Metin Korkmaz “Qalatasaray”a deyil, Türkiyə Futbol Federasiyasının Hakimlər Komitəsinə etlraz olaraq meydanı tərk etdiklərini açıqlayıb.

Klub prezidenti Murat Sancak da etirazlarının hakimlərə olduğunu deyib. O, "Fənərbaxça"nın prezidenti Ali Koçun təlimatı ilə meydandan çıxdıqlarına dair iddiaları rədd edib.

Məsələ ilə əlaqədar yaxın günlərdə federasiya qərar verəcək. “Adana Demirspor”a texniki məğlubiyyətin veriləcəyi istisna olunmur.

Oxşar xəbərlər

Adana təmsilçisi sonuncu pillədə - SUPER LİQA
"Fənərbaxça" - "Adana Demirspor" 1:0 - VİDEO
"Adana Demirspor"a avrokubok qadağası
"Adana Demirspor" onunla yollarını ayırdı
"Qalatasaray" və "Adana Demirspor"dan qələbə - Türkiyə Superliqası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər