reklam
Tovuz klubunda addəyişmə işlərinə başlandı, açılış olacaq - EKSKLÜZİV, FOTO
Sportfm.az xəbər saytı

Tovuz klubunda addəyişmə işlərinə başlandı, açılış olacaq - EKSKLÜZİV, FOTO


Foto Sportfm.az saytına məxsusdu.

"Turan Tovuz" tezliklə əvvəlki illərdə olduğu kimi "Turan" futbol klubu olacağını bilirsiz. Yəni klub əvvəlki adına qayıdacaq.

Bununla bağlı, rəhbərlik də anons vermişdi.

Artıq bu istiqamətdə əməli işlərə başlanılıb. Belə ki, klubun Tovuz şəhər stadionu ərazisində yerləşən futbol akademiyasının binası üzərində "Turan" futbol klubu yazılıb.

Bu isə o deməkdir ki, Tovuz klubu artıq bundan sonra əvvəlki kimi "Turan" adlanacaq.

Qeyd edək ki, yazı akademiyanın üzərinə ötən gün vurulub. Komanda rəhbərliyi məsələ ilə bağlı Ədliyyə Nazirliyinə də müraciət edib.

Ümumiyyətlə isə 10 oktyabr 2014-cü ilə qədər klubun adı "Turan" olub. Həmin tarixdən sonra klub "Turan Tovuz"a çevrilib.

Xatırladaq ki, üzərinə yeni ad həkk olunan akademiya binasının fevralın 14-də açılması gözlənilir.

Oxşar xəbərlər

“Turan Tovuz”un komandalarına seminar keçirildi
“Turan Tovuz” öz tarixi rekordunu təkrarladı
“Turan Tovuz”dan ayrılan futbolçu Braziliya klubunda
“Turan Tovuz”dan yubiley qələbəsi
“Turan Tovuz”un tarixində bir ilk

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər