reklam
Rusiya millisi dünya çempionatına buraxılmadı
Sportfm.az xəbər saytı

Rusiya millisi dünya çempionatına buraxılmadı


Beynəlxalq Hokkey Federasiyası (IIHF) Rusiya yığmasını 2026-cı il dünya çempionatına buraxmayıb.

Sportfm.az xəbər verir ki, bu barədə qərar IIHF Şurasının İsveçrədəki iclasında qəbul olunub.

DÇ-2026 İsveçrənin Sürix və Friburq şəhərlərində keçiriləcək. Qonşu ölkə yığması mayda İsveç və Danimarkada təşkil olunacaq gənclər arasında dünya çempionatını da buraxmalı olacaq.

Qeyd edək ki, Rusiya millisi 2022-ci il dünya çempionatına da buraxılmayıb. Kənarlaşdırma cəzasınadək bu komanda Pekin-2022 Qış Olimpiya Oyunlarında iştirak edərək, gümüş medal qazanıb. Rusiyanın 2026-cı il Milan Qış Olimpiya Oyunlarına buraxılıb-buraxılmamasına dair rəsmi qərar isə bu il fevral-mart aylarından tez qəbul olunmayacaq.

Oxşar xəbərlər

Rusiya millisinə DÇ-2026 qadağası - Qərar
Azərbaycan cüdo dünyasının mərkəzində - DÇ-2026 Bakıda keçiriləcək
Pekin dünya çempionatına ev sahibliyi edəcək
Azərbaycan millisi dünya çempionatına qələbə ilə başladı
Rusiya yığmasının üzvü:"Azərbaycan millisi dünya çempionatına çıxmaq gücündədir"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər