reklam
İdman mediasının ən yaxşıları bəlli oldu
Sportfm.az xəbər saytı

İdman mediasının ən yaxşıları bəlli oldu


22 iyul – Milli Mətbuat Günü ilə əlaqədar AFFA-nın təşkilatçılığı ilə idman mediasının nümayəndələri üçün tədbir təşkil olunub.
 
Sportfm.az xəbər verir ki, əvvəlcə "Dalğa Arena”nın əsas meydanında KİV nümayəndələrinin və AFFA əməkdaşlarının iştirakı ilə 4 komandalı mini-turnir keçirilib. Turnirin qalibi olan komandanın üzvlərinə AFFA tərəfindən hədiyyələr verilib. Oyunlar başa çatdıqdan sonra tədbir iştirakçıları üçün ziyafət verilib. AFFA-nın baş katibi Elxan Məmmədov çıxış edərək mətbuat nümayəndələrini peşə bayramı münasibətilə təbrik edib. Sonra AFFA yanında Media Komitəsinin elan etdiyi nominasiyalar üzrə qaliblər elan olunub. 

İlin fotoqrafı - Hicran Babayev
İlin idman yazarı - Elşən Məmmədov(Sportnet.az)
İlin mətbuat katibi - Səbuhi Məmmədov ("İnter"PİK)
İlin teleşərhçisi - Ramiz Mirzəzadə(İdman Azərbaycan telekanalı)
İlin reportyoru - Elnur Həmidov (komanda.az)
İlin ən yaxşı layihə icraçısı - Sportline.az (Tural Xudiyev)
İlin ahil jurnalist - Məzahir Süleymanzadə 
 

Oxşar xəbərlər

İdman mediası futbol oynadı - FOTOLAR
AFFA jurnalistləri unutmadı
"İlin qalibləri-2017"-də mükafatçılar müəyyənləşdi
Güləş yığmamızın üzvləri jurnalistlərə qalib gəldi
“Media futbol festivalı” keçiriləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər