Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
“Media futbol festivalı” keçiriləcək
22 iyul – Milli Mətbuat Günü ilə əlaqədar iyulun 14-də AFFA-nın təşkilatçılığı ilə idman mediasının nümayəndələri üçün tədbir təşkil olunacaq.
Sportfm.az xəbər verir ki, "Dalğa Arena”nın əsas meydanında KİV nümayəndələrinin və AFFA əməkdaşlarının iştirakı ilə mini-turnir keçiriləcək. 4 komandanın mübarizə aparacağı turnir yarımfinal qarşılaşmalarından və final oyunundan ibarət olacaq.
"Media futbol festivalı” adlı tədbirin proqramını diqqətinizə çatdırırıq:
Saat 18:00 - AFFA-dan çıxış
18:45 - 19:00 - "Dalğa Arena”da oyuna hazırlıq (paltardəyişmə otaqları)
19:00 – 19:30 - Mini-turnir
20:00 – 22:30 - Şam yeməyi
Oyunları idarə edəcək hakimlər media nümayəndələri arasından müəyyənləşdiriləcək.
KİV təmsilçilərini AFFA-dan "Dalğa Arena”ya və əks istiqamətdə aparıb-gətirmək üçün avtobus təşkil olunacaq.
Futbol oynamaq istəyən media mənsubları 12 iyul saat 18:00-a qədər ipr@affa.az ünvanında qeydiyyatdan keçməli və oyun günü özü ilə idman geyimi gətirməlidir.
Qalib komandaya AFFA-nın hədiyyələri təqdim olunacaq.
Oxşar xəbərlər
“Zirə” – “Dunayska Streda” - Mətbuat konfranslarının vaxtı
Elnur Əşrəfoğlunun xatirəsinə “Media turniri-5” keçiriləcək
İdman mediası futbol oynadı - FOTOLAR
AFFA jurnalistləri unutmadı
İdman mediasının ən yaxşıları bəlli oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
PFL hakim təyinatlarını açıqladı - İkinci Liqa
-
Cəfərquliyev əvəzedici heyətdə qol vurdu
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Azərbaycanda bu idman növü məhv olmaq üzrədir - BÖYÜK PROBLEM
-
"Qarabağ" - "Turan Tovuz" matçının hakimləri açıqlandı - Premyer Liqa
-
Rövşən Nəcəf federasiya prezidentləri ilə görüşdü












Misli Premyer Liqası