Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Formula 1 İtaliya Qran Prisində azərbaycanlı "izi"
Bu il Bakıda uğurla baş tutmuş Azərbaycan Qran Prisindən əvvəl keçirilən təlimlərdə əldə etdiyi hərtərəfli biliyə, həmçinin, yarış zamanı göstərdiyi yüksək fəallığa görə seçilən 5 könüllü Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) hesabına sentyabrın 3-də İtaliyada baş tutacaq Qran Priyə göndəriləcək.
Sportfm.az xəbər verir ki, fevralın 2-də elan edilmiş müsabiqəyə əsasən, Azərbaycan Qran Prisinin 3 min könüllüsü yarış zamanı göstərdikləri fəallığa görə qiymətləndirilib və yüksək fəallığı ilə seçilən 260 könüllü növbəti mərhələyə buraxılıb. Bu mərhələdə sözügedən könüllülər yarışa hazırlıq ərəfəsində BŞH Akademiyasında keçirilmiş seminarlarda, Formula 1 Avropa və Azərbaycan Qran Prilərində və Formula 1 tarixi üzrə imtahanda iştirak ediblər.
Qalib könüllülərin adları BŞH-nin İcraçı direktoru Arif Rəhimovun iştirakı ilə Azərbaycan Qran Prisi könüllüləri üçün təşkil edilmiş "Təşəkkür" mərasimində şirkətin İnsan resursları və işçi qüvvəsi departamentinin rəhbəri İranə Əhmədova tərəfindən elan edilib. Könüllülərdən Əhməd Şahbalayev, Sitarə Şərifzadə, Haqverdi Məmmədov, Emin Əlizadə və Səkinə Qəhrəmanzadə ən yüksək nəticə nümayiş etdirərək müsabiqənin qalibləri adına yiyələniblər. Qaliblərə sertifikatlar təqdim edilib.
A.Rəhimov qalib könüllüləri təbrik edib, inkişafa gedən yolda onları dayanmadan öz üzərlərində çalışmağa səsləyib: "Azərbaycan Qran Prisinin uğurla həyata keçirilməsində könüllülər xüsusi rol oynadılar. Buna görə sizə minnətdarıq! Könüllülük inkişafa gedən yolda ilk addımdır və inanıram ki, BŞH-nin bu istiqamətdə atdığı addımlar könüllülərin daha da yüksək nəticələr əldə etməsi üçün gözəl şərait yaradacaqdır"
BŞH-nin İnsan Resursları və İşçi Qüvvəsi şöbəsinin rəhbəri İranə Əhmədova qalibləri təbrik edərək gələcək yarışların könüllülərini daha fəal olmağa səsləyib: "Builki yarışa hazırlıq çərçivəsində biz könüllülərimizin fərdi inkişafı üçün müxtəlif mövzularda proqramlar hazırladıq və bu proqramları yüksək səviyyədə həyata keçirdik. Könüllülərimizin inkişafı bizim qarşımızda duran ən vacib məsələlərdən biridir və biz növbəti illərdə də bu ənənəni daha intensiv şəkildə davam etdirəcəyik.
Müsabiqədə iştirak edən hər bir könüllüyə təşəkkürümü bildirirəm. Qaliblərin hər birini akademiyamız adından təbrik edirəm, onlara xoş səfər və gözəl istirahət arzulayıram. Əminəm ki, növbəti illərdə könüllülərimiz yarışa hazırlığın ilk pilləsindən yarış başa çatanadək davam edən proses ərzində yüksək fəallıq nümayiş etdirərək daha da böyük uğurlara imza atacaqlar."
Qeyd edək ki, qalib könüllülər sentyabrın 3-də İtaliyaya səfər edərək Qran Pri yarışını tribunada canlı izləyə biləcək, həmçinin, həmkarları ilə qarşılıqlı əməkdaşlığa dair fikir və təcrübə mübadiləsi aparmaq imkanına sahib olacaqlar.
İlkin İzzət
Milli.Az
Oxşar xəbərlər
Azərbaycan Qran-Prisi üçün marşalların təliminə başlandı - Formula 1
Azərbaycan Qran Prisi: Biletlərin satışa çıxarılma vaxt açıqlandı
Bakıda keçirilən növbəti Formula 1 yarışı ərəfəsində 2018-ci ilin təqvimi
"Bakıda rekord qeydə alınacaq" - Formula 1-in yarış direktoru
Bakıda keçiriləcək Formula 1-in adı dəyişdirildi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan cüdoçularının ilk rəqibləri bilindi - Böyük Dəbilqə
-
“Neftçi” - “Qarabağ” - START HEYƏTLƏR
-
"Neftçi" "Qarabağ"a qarşı - Premyer Liqa
-
Binə stadionu FİFA sertifikatına layiq görüldü
-
“Neftçi” uduzdu, “Turan Tovuz” qələbə qazandı - Əvəzedicilər Liqası
-
“Kəpəz” - “Sumqayıt” matçına hakim təyinatları açıqlandı














Misli Premyer Liqası