reklam
Sportfm.az xəbər saytı

"“Qarabağ”a qalib gəlmək vacib deyil" -Xose Luis Mendilibar


Yunanıstanın “Olimpiakos” klubu sabah Avropa Liqası Liqa fazasının 8-ci turu çərçivəsində doğma meydanda “Qarabağ”ı qəbul edəcək.

Sportfm.az xəbər verir ki, Pirey təmsilçisinin baş məşqçisi Xose Luis Mendilibar matçdan öncə keçirilən mətbuat konfransında iştirak edib.

İspan mütəxəssis Azərbaycan çempionunun zəif komanda olmadığını bildirib:

“Qarabağ”a qalib gəlmək vacib deyil. Amma onları məğlub etmək istəmək, cəhd etmək və buna nail olmaq üçün mümkün olan hər şeyi etmək lazımdır. “Qarabağ”ı ən zəif komanda kimi görmürük. Onlara bənzər başqa komandalar da var. Sadəcə yaxşı nəticələr əldə etməyiblər. Lakin bu, onların rəqabətdə pis komanda olduqları demək deyil. İstədiyimiz nəticəni əldə etmək üçün yaxşı oynamalıyıq. Qalib gəlmək üçün səy göstərəcəyik və sonra digər oyunların nəticələrinin necə olacağını görəcəyik”.

“Olimpiakos” – “Qarabağ” qarşılaşması sabah Bakı vaxtı ilə saat 00:00-da baş tutacaq.

Oxşar xəbərlər

"İkisi də eyni səviyyədə komandadır" - Qurban Qurbanov
"Qarabağ" "Ludqorets"i keçmək üçün nə etməlidi? - ANALİZ
“Qarabağ”ın təcrübəli oyunçuları var” – Xabi Alonso
Gabi:"Sabah tam fərqli olacağını düşünürəm"
Qurban Qurbanov: "Komandamız oyuna hazırdır"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər