reklam
Kliçko karyerasını bərpa edir
Sportfm.az xəbər saytı

Kliçko karyerasını bərpa edir


Ukraynalı məşhur boksçu Vladimir Kliçko karyerasını bərpa edə bilər.

Sportfm.az xəbər verir ki, bu barədə onun meneceri Tom Loffler "EsNews" kanalına açıqlamasında bildirib.

Menecer boksçunun 8 illik fasilədən sonra karyerasını bərpa etməyə hazır olduğunu söyləyib. T.Loffler martda 49 yaşını tamamlayacaq Kliçkonun Corc Formanın rekordunu qırmaq istədiyini və titul uğrunda döyüşmək üçün əla formada olduğunu deyib. Ancaq o, V.Kliçkonun həmyerlisi Aleksandr Usiklə deyil, Tayson Fyuri ilə döyüşmək istədiyini vurğulayıb.

Qeyd edək ki, T.Fyuri bir neçə gün əvvəl karyerasını bitridiyini açıqlayıb.

48 yaşlı ukraynalı boksçu 2017-ci ildə britaniyalı həmkarı Entoni Coşua ilə döyüşdə məğlubiyyətdən sonra karyerasını başa vurub. V.Kliçko karyerası ərzində 64 qələbə (53-ü nokautla) qazanıb. O, bu döyüşlərin 53-də rəqiblərini nokautla üstələyib. Kliçko karyerası ərzində 5 məğlubiyyətlə üzləşib.

Oxşar xəbərlər

Əmircanov karyerasını bərpa etdi
Məşhur boksçu karyerasını bitirdi
Vitali Kliçko nokauta düşdü
Boks döyüşünü 90 min idmansevər izləyəcək
Boksçunun titulları əlindən alınır!

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər