reklam
Haalandla 9 illik müqavilə bağlandı
Sportfm.az xəbər saytı

Haalandla 9 illik müqavilə bağlandı


İngiltərənin "Mançester Siti" klubu futbolçusu Erlinq Haalandla müqavilənin müddətini uzadacaq.

Sportfm.az xəbər verir ki, bu barədə "The Athletic" nəşri məlumat yayıb.

24 yaşlı hücumçunun yeni sözləşməsi 2034-cü ilin yayınadək nəzərdə tutulacaq.

Norveçli forvardın hazırkı müqaviləsinin müddəti 2027-ci ilin yayında başa çatmalı idi.

Qeyd edək ki, 2022-ci ildən "şəhərlilər"in formasını geyinən Erlinq Holann iki dəfə İngiltərə Premyer Liqasının, bir dəfə ölkə kubokunun, Çempionlar Liqasının və UEFA Superkubokunun qalibi olub.

Oxşar xəbərlər

Ronaldo “Əl-Nəsr”in yeni təklifi ilə razılaşdı
Gürcü futbolçu ilə müqavilənin müddəti uzadılır
“Sumqayıt”da yeni müqavilə - 3+1 illik
Erlinq Holanndan yeni rekord
İlkay Gündoğan "Barselona"da - RƏSMİ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər