reklam
Erlinq Holanndan yeni rekord
Sportfm.az xəbər saytı

Erlinq Holanndan yeni rekord


İngiltərənin "Mançester Siti" klubunun futbolçusu Erlinq Holann yeni rekorda imza atıb.
Sportfm.az xəbər verir ki, norveçli hücumçu buna “Leyptsiq”ə 3:2 hesabı ilə qalib gəldikləri UEFA Çempionlar Liqasının qrup mərhələsinin V turunun oyununda fərqlənməklə nail olub.

Forvard qitənin bir nömrəli klub turnirində 40 qola hamıdan tez çatıb. O, bunu cəmi 35 qarşılaşmada bacarıb.

Holann həm də Fransanın PSJ komandasında çıxış edən Kilian Mbappenin də rekordunu qıraraq Çempionlar Liqasında 40 qol vuran ən gənc oyunçu (23 yaş, 10 gün) adına da sahib çıxışb.

Qeyd edək ki, Erlinq Holann cari mövsüm bütün turnirlərdə 20 matçda meydanda olub, 19 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Oxşar xəbərlər

Holann Bestin rekordunu təkrarladı - 54 ildən sonra
İkardi ikinci, Holann üçüncü oldu - Ən çox qol vuran futbolçular
Erlinq Holann tarixi yazdı - Yeni rekord
Həftənin futbolçusu adına namizədlər - Çempionlar Liqası
19 yaşlı hücumçu yeni rekoda imza atdı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər