Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Millimizin üzvü gündə üç dəfə məşq edir!
"Məşqlərimiz əla keçir. Gündə 3 dəfə məşq keçirik, daha çox fiziki göstəricilərimizi yaxşılaşdırmağa çalışırıq".
Sportfm.az saytı apasport.az-a istinadən xəbər verir ki, bu sözləri qadın voleybolçulardan ibarət Azərbaycan yığmasının üzvü Valeriya Məmmədova deyib.
Millimizin təcrübəli liberosu yığmamızın Qubada keçirilən təlim-məşq toplanışı haqda fikirlərini bölüşüb:"Üstünlük buna verilir. Ancaq gündə bir dəfə topla da hazırlıq keçirik. Təbii ki, hər zaman hazırlıq prosesinə başlamaq çətin olur. Amma bu il ərzində biz artıq iki böyük turnirdə çıxış etmişik. Bu amil bizə kömək edir. Komandada ab-hava yüksək səviyyədədir".
Qeyd edək ki, sayca 30-cu olan Avropa çempionatının final mərhələsinə hazırlaşan millimiz iyulun 10-dan Qubada məşq keçir. Azərbaycan və Gürcüstanda keçiriləcək çempionata sentyabrın 22-də start veriləcək. Yarış oktyabrın 1-dək davam edəcək.
Oxşar xəbərlər
Yığmamız Türkiyədə təlim-məşq toplanışına başladı
Yığmamızın Qazaxıstan toplanışı başa çatdı
“Ən yaddaqalan qolumu Azərbaycana vurmuşam”
“Futbolçular yarışın məsuliyyətini dərk edirlər”
Cüdoçularımız qonşu ölkədə hazırlıq keçir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası