reklam
“Futbolçular yarışın məsuliyyətini dərk edirlər”
Sportfm.az xəbər saytı

“Futbolçular yarışın məsuliyyətini dərk edirlər”


Bu gün Mərdəkan qəsəbəsində yerləşən AFFA Futbol Mərkəzindəki Milli Komandaların Məşq Mərkəzində 23 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının mətbuat nümayəndələri üçün açıq məşqi keçirilib. Sportfm.az xəbər verir ki, məşq başa çatdıqdan sonra Məşq Mərkəzinin konfrans zalında baş məşqçi Yaşar Vahabzadənin mətbuat konfransı keçirilib: 
 
"Mayın 1-dən təlim-məşq toplanışına başlasaq da, tam heyətlə məşq keçməmişik. Hələlik 16 futbolçu ilə gündə 2 dəfə hazırlıq keçirik. Futbolçular yarışın məsuliyyətini dərk edirlər. Ona görə də hər birimiz turnirə ciddi hazırlaşırıq. Mətbuatdan da oxumuşuq ki, milli komandanın oyunlarına maraq böyükdür. Artıq oyunlarımıza bilet qalmayıb. Əsas məqsədimiz yaxşı oynamaq və qrupdan çıxmaqdır. Əsas çətinlik bəzi futbolçularımızın bizimlə birgə olmamasıdır. "Qarabağ”la "Qəbələ”nin futbolçuları ölkə kubokunun final qarşılaşmasından sonra, mayın 6-da komandaya qoşulacaqlar.
Ad baxımından ən çətin komandalar bizim yer aldığımız qrupda qərarlaşıb. Adətən, ilk oyunlar çətin keçir. Çünki futbolçularda həyəcan olur. Kamerun yığmasının ayın 5-də "Sumqayıt”la yoldaşlıq görüşünü izləyəcəyəm. Səudiyyə Ərəbəstanı və Mərakeş yığmalarının oyununu da ilk turda görəcəyik. Ümumiyyətlə, rəqiblərin kimliyindən asılı olmayaraq, bütün qarşılaşmalarda öz bacarığımızı nümayiş etdirməyə çalışacağıq”.

Oxşar xəbərlər

“Ən yaddaqalan qolumu Azərbaycana vurmuşam”
Millimizin üzvü gündə üç dəfə məşq edir!
Bakı-2017: Futbolçularımız ilk qələbəsini qazandı
“Kəpəz” Türkiyəyə yollanır?
"Kəpəz" qış hazırlıq planında hara yollanacaq?

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər