Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Ramil Şeydayev Çempionlar Liqasında debüt etdi - oyunların nəticələri
Futbol üzrə Çempionlar Liqasında II təsnifat mərhələsinin daha 12 oyunu keçirilib.
Sportfm.az xəbər verir ki, Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevin çıxış etdiyi Slovakiya "Jilina"sı Danimarka "Kopenhagen"ini qəbul edib. 21 yaşlı hücumçu görüşə ehtiyat oyunçular skamyasında başlayıb. O, 57-ci dəqiqədə İvan Santyaqo Diası əvəzləyərək "Jilina" forması ilə Çempionlar Liqasında debüt edib. Həmin vaxt "Jilina" 1:0 hesabı ilə öndə olsa da, 61-ci dəqiqədə ilk qolu vuran Miroslav Kaçer ikinci sarı vərəqənin ardından qovulub. 68, 73 və 83-cü dəqiqələrdə vurduğu qollarla "het-trik" edən Andriya Pavloviç "Kopenhagen"ə səfərdə qələbə qazandırıb - 3:1. Bununla da "Jilina" faktiki olaraq, növbəti mərhələ şanslarını itirib.
Çempionlar Liqası
II təsnifat mərhələsi, ilk oyunlar
12 iyul
20:00. "Spartak" (Yurmala, Latviya) - "Astana" (Qazaxıstan) - 0:1
Qol: Patrik Tvumasi, 73
21:00. "Zrinski" (Bosniya və Herseqovina) - "Maribor" (Sloveniya) - 1:2
Qollar: Oqnyon Todoroviç, 89 - Luka Zahoviç, 43. Markos Tavares, 90+4
Vurulmayan penalti: Nemanya Bilbiya, 11 ("Zrinski")
Qırmızı vərəqə: Blaj Vrhovets, 68 ("Maribor")
21:00. "Malmö" (İsveç) - "Vardar" (Makedoniya) - 1:1
Qollar: Frants Brorsson, 75 - Boban Nikolov, 63
21:00. "Hapoel" (Beer-Şeva, İsrail) - "Honved" (Macarıstan) - 2:1
Qollar: Migel Vitor, 35. Daniel Eynbinder, 52 - Davide Lanzafame, 63
21:00. "Şerif" (Moldova) - "Kukesi" (Albaniya) - 1:0
Qol: Ziquy Badibanqa, 79
21:00. APOEL (Kipr) - "Düdelanj" (Lüksemburq) - 1:0
Qol: Fakundo Bertolyo, 71
21:30. BATE (Belarus) - Alaşkert (Ermənistan) - 1:1
Qollar: Aleksey Rios, 43; 78-öz qapısına
22:00. "Mariehamn" (Finlandiya) - "Legiya" (Polşa) - 0:3
Qollar: Gilyerme, 8-penalti ilə. Dominik Nagi, 40. Kasper Hamalaynen, 44
Qırmızı vərəqə: Antoni Dafaa, 61 ("Mariehamn")
22:00. "Jalgiris" (Litva) - "Ludoqorets" (Bolqarıstan) - 2:1
Qollar: Serje Nyuiadzi, 78. Mantas Kuklis, 86 - Aniset Abel, 18
Qırmızı vərəqə: Darvidas Şernas, 90+4 ("Jalgiris")
22:15. "Jilina" (Slovakiya) - "Kopenhagen" (Danimarka) - 1:3 (Ramil Şeydayev meydana sonradan daxil olub)
Qollar: Nikolas Şpalek, 39 - Andriya Pavloviç, 68; 73; 83
22:45. "Dandolk" (İrlandiya) - "Rusenborq" (Norveç) - 1:1
Qollar: David Makmillan, 18 - Tore Reginiussen, 44
23:15. "Hafnarfyordur" (İslandiya) - "Vikinqur" (Farer adaları) - 1:1
Qollar: Emil Palsson, 49 - Adeşina Laval, 73-penalti ilə
Qeyd edək ki, birinci oyun günündə 4 görüş keçirilib:
"Qarabağ" (Azərbaycan) -"Samtredia" (Gürcüstan) - 5:0
"Hibernians" (Malta) - "Zalsburq" (Avstriya) - 0:3
"Riyeka" (Xorvatiya) - TNS (Uels) - 2:0
"Partizan" (Serbiya) - "Buduçnost" (Monteneqro) - 2:0
İlk oyunlara iyulun 14-də baş tutacaq "Linfild" (Şimali İrlandiya) - "Seltik" (Şotlandiya) matçı ilə yekun vurulacaq.
Oxşar xəbərlər
Çempionlar Liqası: "Qarabağ"ın mümkün rəqibi bilindi
Çempionlar Liqasında III təsnifat mərhələsinin püşkü atılır
Çempionlar Liqasına Bakıda start veriləcək
Ramil Şeydayev Bakıya gələ bilər!
Çempionlar Liqası: "Qarabağ"ın potensial rəqibləri artır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası