reklam
Güləş hakimlərinin beynəlxalq dərəcəsi yüksəldi
Sportfm.az xəbər saytı

Güləş hakimlərinin beynəlxalq dərəcəsi yüksəldi


Azərbaycan güləş hakimlərindən daha üçü ötən il iştirak etdiyi yarışların və imtahanların nəticəsinə əsasən yuxarı kateqoriyaya keçib.
Sportfm.az xəbər verir ki, Dünya Güləş Birliyinin (UWW) beynəlxalq dərəcəli hakimlərin siyahısını yeniləməsindən sonra Eldar Məmmədov və Kamran Baxışov III dərəcədən II dərəcəyə yüksəlib.

Buna qədər milli dərəcəli hakim olan Qədim Qurbanov isə beynəlxalq referi statusuna yiyələnərək III dərəcəyə sahib çıxıb.

Qeyd edək ki, hazırda Azərbaycanın güləş üzrə 25 ədalət təmsilçisi beynəlxalq kateqoriya daşıyır.

Oxşar xəbərlər

Güləş hakimlərimizin sayı artdı
2 hakimimizin kateqoriyası yüksəldi - FOTO
Hakimlərimiz yeni kateqoriyaya yüksəldi
Güləş hakimlərimizin kateqoriyaları yüksəldi
Güləş hakimlərinin kateqoriyası dəyişdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər