Sportfm.az xəbər saytı

Sportfm.az xəbər saytı
20 yaşlı özbək futbolçu üçün 40 milyon avro
"Lans"ın müdafiəçisi Abdukodir Xusanov karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək.
Sportfm.az xəbər verir ki, "Mançester Siti" özbək futbolçunun keçidini yekunlaşdırmaq üzrədir. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Artıq klublar arasında anlaşma əldə olunub. İngiltərə klubu "Lans"a 40 milyon avro və əlavə bonuslar ödəyəcək. 20 yaşlı mərkəz müdafiəçisi "Mançester Siti" ilə 2029-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayacaq.
Qeyd edək ki, "Lans" Abdukodir Xusanovu 2023-cü ilin yayında Belarusun "Energetik-BQU" klubundan 100 min avroya transfer edib. Özbəkistan millisinin üzvü bu mövsüm Fransa təmsilçisinin heyətində meydana çıxdığı 16 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.

Oxşar xəbərlər
“Qarabağ” Juninyonu satmağa razılaşdı - KİV
Saranı "Saray"a gətirdilər - TRANSFER
19 yaşlı gürcü İtaliya klubuna transfer olunur, bizimkilər isə...
Türk hücumçu Fransa klubunda - TRANSFER
"Əl Nəsr" daha bir tanınmış futbolçunu aldı - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin