reklam
Hakimi təhqir edən koordinatora ağır cəza -
Sportfm.az xəbər saytı

Hakimi təhqir edən koordinatora ağır cəza -QƏRAR


AFFA U-10 Liqasında baş tutan “Neftçi” – “Azərbaycan Qartalları” görüşündə hakimi təhqir edən qonaqların koordinatoru Abdulkadir Özü 5 oyunluq cəzalandırıb.

Sportfm.az xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar çıxarılıb.

AFFA U-16 Liqasında çıxış edən “Mübariz” komandasına isə 0:3 hesablı texnki məğlubiyyət verilib. Buna dekabrın 28-də “Dinamo” ilə keçirilən matçda meydan sahibi komandanın heyətində protokolda adı yazılmayan 4 futbolçunun iştirakı səbəb olub.

Daha bir texniki məğlubiyyət AFFA-nın Yüksək Qızlar Liqasında çıxış edən “Qəbələ” komandasına verilib. Buna bölgə təmsilçisinin dekabrın 28-də “Dirçəliş”lə keçirilməli olan oyuna çıxmaması və ev sahibi kimi matçı təşkil edə bilməməsi (ev sahibi komandanın saatı bildirməməsi) səbəb olub. Nəticədə, görüş baş tutmadığı üçün “Qəbələ” 0:3 hesablı texniki məğlubiyyətlə cəzalandırılıb.

Oxşar xəbərlər

I Liqa klubuna texniki məğlubiyyət verildi - QƏRAR
AFFA “Karvan”ı çempionatdan kənarlaşdırdı
AFFA Qubadlını təmsil edən komandanı cəzalandırdı
“Sabah”ın məşqçisi 5 oyunluq cəzalandı
Hakimi təhqir edən futbolçuya ağır cəza - QƏRAR

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər